Magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağına əkilən ağacların HESABATI

10 Avqust 2017- 11:06
11 Magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağına əkilən ağacların HESABATI

 ”Azəravtoyol” ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri  2017-ci ilin 6 ərzində 1600 km magistral avtomobil yolunun, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərib.

 

Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 187 241 ədəd, o cümlədən 952 862 ədəd çoxillik ağac mövcuddur.

 

 Bildiririk ki, avtomobil yollarının təhkim zolağında 2017-ci ilin 6 ayı ərzində  61 922 ədəd  müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.

 

 Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 87749  ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılmışdır.

 

 Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 162 600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilmişdir. Hal-hazırda bu tinglik sahələrində 134150 ədəd ağac və kol bitkisi yetişdirilir.