Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası layihəsi

4 Avqust 2017- 10:08
11 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası layihəsi

Layihənin əsası: Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar avtomobil yolları, körpülər tikilir və yenidən bərpa olunur. Bu proqram çərçivəsində bərpası nəzərdə tutulan avtomobil yollarından biri R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsidir. Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir.

 

Layihənin əhəmiyyəti: Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağların cənub ətəyində yerləşir və Respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol mühüm turizm marşrutuna daxil olmaqla yanaşı əhatə dairəsinə, xüsusilə Qax və Zaqatala rayonunun 37,3 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsinə nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcəkdir

 

Yolun texniki parametrləri:

 

Yolun ümumi uzunluğu -29,8 km

Yolun dərəcəsi  - III

Hərəkət zolağının sayı  - 2 (2x3,5m)

Hərəkət hissəsinin eni - 7 m

Çiyinlərin eni - 2x2,5 m

Torpaq yatağının eni -12 m

Örtüyün tipi  -asfalt-beton Hesabi surət -60-90 km/saat

Süni qurğular:-5 ədəd hidravlik və kanal körpüsü.

 

Yolun konstruksiyası:

 

- Əsasın alt layı,  karxana çınqılından, qalınlığı - 26 sm;

- Əsasın üst layı, optimal qum-çınqıl  qarışığı, qalınlığı - 22 sm;

- Asfaltbeton örtük  3 laydan ibarət (10+7+5sm) qalınlığı - 22 sm;

- Çiyinlər optimal çınqıl qarışığı, qalınlığı - 22 sm.

 

           Layihə çərçivəsində nəzərdə tutulmuşdur:

 

  • Yolda 5 ədəd ( Qum çayı, Süzgənçay, Dərnə çayı, Atagar çayı, Muxaxçayı üzərində) ümumi uzunluğu 292 m, 12-14 aşırımlı yeni dəmir-beton konstruksiyalı körpülər tikiləcəkdir;
  • Lekit çayı üzərində, uzunluğu 29,9 m olan mövcud körpüdə təmir işləri aparılacaqdır;
  • Yol üzərində düz bucaqlı və dairəvi en kəsikli  52 ədəd suötürücü borular tikiləcəkdir;
  • 4 yerdə en kəsiyi 2,5 x 4 m olan mal-heyvan keçidi tikləcəkdir;
  • 16 yerdə avtobus dayanacaqları  tikiləcəkdir;
  • Yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 m iki tərəfli və 1900 m      uzunluğunda bir tərəfli səkilər tikiləcəkdir;
  • Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması və yaşayış məntəqələri hüdudlarında işıqlandırılması nəzərdə tutulmuşdur.

 

Layihənin km 0+000-8+600 hissəsində aşağıda göstərilən işlər həyata keçirilmişdir:

 

  • Sahədə mobilizasiya, geodezi poliqonların yerləşdirilməsi, ölçmə işləri, en kəsiklərinin hazırlanması, sahənin təmizlənməsi, sahədə bitki  qatının çıxarılması işləri görülmüşdür;
  • Yolun bu hissəsində qazma və dolğu işləri, yol əsasının alt layının tikintisi və hamarlayıcı layı işləri görülmüşdür, hal-hazırda asfalt-beton layı vurulmaqdadır;
  • 6 ədəd su ötürücü boru tikilmiş, V kanal beton işləri və drenaj işləri görülmüş;
  • Layihəboyu rabitə xətlərinin, su xətlərinin dəyişdirilməsi işləri də görülmüşdür;
  • Layihədə tikilməsi nəzərdə tutulan körpülərdən 2 ədədində işlər böyük ölçüdə tamamlanmışdır:
  • Layihənin km2+300 hissəsində Qum çayı üzərində uzunluğu 23,2 m, qabariti Q-10 olan bir aşırımlı dəmir-beton körpü;
  • Layihənin km3+500 hissəsində Süzgəncçay üzərində uzunluğu 46 m, qabariti Q-10 olan iki aşırımlı dəmir-beton körpü.