Az    |     En
      

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır. 

 

Avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır. 

 

Təcrübə-Sınaq Mərkəzinin Səyyar labaratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar labaratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümünələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi  aktlaşdırılaraq “Azəravtoyol” ASC-ə təqdim edilir.

 

Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar ( mövcud  normalardan kənara  çıxma halları ) olarsa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır. 
 

26.07.2017