Mingəçevir-Bəhrəmtəpə yolunun tikintisi sürətlə davam etdirilir - VİDEO / FOTO

21 İyul 2017- 10:12
11 Mingəçevir-Bəhrəmtəpə yolunun tikintisi sürətlə davam etdirilir - VİDEO / FOTO

 

 

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən  Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) 138 km-lik hissəsinin yenidən qurulması uğurla davam etdirilir.

 

Layihəyə uyğun olaraq avtomobil yolu 2 hissə üzrə yenidən qurulur:

  1.  Aran-Qarağacı hissəsi (km 0-26)
  2. Qarağacı-Bəhramtəpə hissəsi (km 26-138)

 

Bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16.5 km-lik hissəsi yüksək səviyyədə qurularaq cari ilin aprel ayında prezident İlham Əliyevin iştirakı vətəndaşların istifadəsinə verilib.

 

Yolun 16.5-154.5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.

 

Yolun texniki parametrləri:

  1. Yolun texniki dərəcəsi                         III
  2. Yolun eni                                             12.0m
  3. Hərəkət hissəsinin eni                          2 x 3.5 m
  4. Çiyinlərin eni                                       2 x 2.5m

       

Yol geyiminin qalınlığı  62 sm-dir. Bura daxildir:

  • hamarlayıcı lay - 50 sm,
  • əsasın alt layı - 20 sm,
  • əsasın qırmadaş layı - 15 sm,
  • bitumlu əsas layı - 14 sm,
  • əlaqələndirici asfalt layı - 8 sm,
  • üst aşınma layı - 5 sm.

 

Ümumilikdə asfalt-beton örtük isə 27 sm təşkil edəcək. 

 

Layihəyə uyğun olaraq Mingəçevir-Bəhrəmtəpə yolunda yolun altından suların ötürülməsi üçün 268 ədəd suötürücü borunun quraşdırılması və 32 yerdə suötürücü keçidin inşası nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Bundan başqa yolun altından keçidi təmin etmək məqsədi ilə 22 yerdə alt keçidin inşası aparılır.

 

Yol boyu 5 ədəd yeni körpü də inşa edilir. Bu aşağıdakı körpülərdir:

  1. 0 km, qovşaq - 63 m (M2-R18 kəsişmə)
  2. 9.3 km, körpü – 33.8 m (İncəçay)
  3. 34.7 km, körpü – 111.4 m (Tərtərçay)
  4. 57.3 km, körpü – 61.1 m (Xaçın çayı)
  5. 85.2 km, körpü – 38 m (Qarqarçay)

 

Hazırda layihə çərçivəsində yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası aparılır. Hazır hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Bundan başqa yol boyu kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri də görülür. Faktiki olaraq Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna aparılan tikinti işlərinin tərəqqisi 42 faiz təşkil edir.

 

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi saydı qüvvə cəlb olunub.

           

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.