“Azəravtoyol” ASC-nin rəhbərliyi 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət ediblər - FOTO

13 İyul 2017- 14:00
11 “Azəravtoyol” ASC-nin rəhbərliyi 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət ediblər - FOTO

“Azəravtoyol” ASC-nin rəhbərliyi və əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın yas mərasimində iştirak etmək üçün Alxanlı kəndində olublar.

 

Cəmiyyətin rəhbərliyi hadisənin baş verdiyi ərazidə olub, kənd sakinləri ilə görüşüblər.

 

Daha sonra mərhumların yaxınları ilə görüşərək onlara başsağlığı veriblər, həmçinin mərhumların qəbirlərini ziyarət edib, qəbirləri üzərlərinə gül dəstələri qoyublar.

 

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti olaraq bir daha mərhumlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik!