Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətləri çəkiləcək

30 İyun 2017- 09:56
11 Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətləri çəkiləcək

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

 

 Belə ki, bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi  nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

 

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və   ya qismən mədudlaşdırılacaq.

 

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.