Qəza zamanı yol təsərrüfatına ziyan dəyib – FOTO

29 İyun 2017- 10:46
11 Qəza zamanı yol təsərrüfatına ziyan dəyib – FOTO

Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

 

Belə ki, BMW X5 markalı avtomobil Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 paqon-metr dəmir mühəccərləri dağılıb.      

 

Baş vermiş qəza zamanı ilkin hesablamalara görə, yol təsərrüfatına 1250 manat ziyan dəyib.

 

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.