Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisi layihəsi

29 İyun 2017- 09:51
11 Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisi layihəsi

 

10 aprel 2017-ci ildə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin I rübün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda,  Möhtərəm cənab Prezident demişdir: “Harada mümkündür, necə deyərlər yeni damarlar açmalıyıq. Onlardan biri Yusif Səfərov küçəsinə paralel olaraq indi tikilən küçədir. O küçədə şəhər nəqliyyatının bir hissəsini özünə cəlb edəcək. Onun böyük mənası var”.

 

Cənab Prezidentin tapşırığı və göstərdiyi birbaşa qağı və dəstək nəticəsində yolda tikinti altına düşən 2 mərtəbəli yaşayış binasında yaşayan 38 ailə tamamilə  təzminat ödənilməklə tikinti sahəsindən köçürülmüş və bu da  imkan  vermişdir ki, yol tikinti işlərini  qısa müddət ərzində  başa çatdıraq.

 

Yeni tikilən yol,  avtonəqliyyat vasitələrinin  birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə imkan yaradacaq,  bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaltmış olacaqdır.

 

                                               YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ

 

Yolun uzunluğu   -1,1 km ;

Yolun ümumi  eni -13,0 - 20,0 m;

Yolun hərəkət hissəsinin eni - 10,5 - 17 m;

Hərəkət zolaqlarının sayı - 3 ədəd;

Hərəkət zolaqlarının eni - 3,5 m

Səkilərin eni - 2x1,25 m.

 

                                             YOLUN KONSTRUKSİYASI

 

-  Karxana materialından yolun yeni torpaq yatağı tikilmişdir, qalınlığı - 1,8 m;

- Əsasın alt layı  qırmadaş materialı, qalınlığı - 25 sm;    

- Əsasın üst layı, optimal qum-qırmadaş  qarışığı, qalınlığı - 20 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 sm;

 

                                         YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ

 

- Torpaq işləri görülmüşdür -  43,1 min m3;

- İstinad divarı (hasar) tikilmişdir  - 1354,0 pm;

- Təhlükəsizlik üçün 2 m hündürlüyündə metal məhəccər quraşdırılmışdır - 2560  m2;

- Beton səki daşı düzülmüşdür  -  2, 1 min m;

 - 2 laydan ibarət  12 sm  qalınlığında (7+5) asfalt-beton örtük tikilmişdir - 14,3 min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı  istifadə edilmişdir - 4,1  min ton;

- yeni səkilər tikilmişdir - 3,4 min m2;

- karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilmişdir -  4,8 min m3 ;

- yeni işıqlandırma sistemi quraşdırılmışdır  - 25 ədəd dirək;

-  ağ və sarı üfüqi nişanlama xətti çəkilmişdir - 6,0 min m2;

-  yol nişanları  və məlumatverici lövhələr quraşdırılmışdır - 17 ədəd

      

Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisini “Azəravtoyol” ASC-nin “Bakı 1 №-li Yol İstismarı” MMC-nin kollektivi   yerinə  yetirmişdir.