Ağa Nemətulla küçəsində də üfüqi nişanlanma xətləri rənglənəcək

22 İyun 2017- 09:21
11 Ağa Nemətulla küçəsində də üfüqi nişanlanma xətləri rənglənəcək

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 

Belə ki, bu gün səhər saat  10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və   ya qismən mədudlaşdırılacaq.

 

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını  xahiş edir.