Bakı-Quba avtomobil yolunun 146-cı km-də yerləşən körpü təmir olunur - FOTO

19 İyun 2017- 09:43
11 Bakı-Quba avtomobil yolunun 146-cı km-də yerləşən körpü təmir olunur - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlər sərhədi avtomobil yolunun 146 km-də Vəlvələ çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılır. 

 

Təmir-bərpa işlərinin başlanılmasına səbəb körpünün uzun müddət istismarda olması, həmçinin körpü üzərində mütamadi olaraq iri tonnajlaı yük maşınlarının hərəkəti və yaz-yay aylarında leysan yağışlar nəticəsində çayda sululuğun artmasıdır. 

 

Aparılacaq təmir işləri zamanı körpünün özündə və dayaqlarında əlavə bərkitmə işləri aparılacaq, sutənzimləyici qurğular və mühafizə bəndləri bərpa olunacaq. Bu isə öz növbəsində gələcəkdə ağır tonnajlı yük maşınlarının və sel sularının körpüyə ziyan vurmasının qarşısını almış olacaq.

 

Təmir müddətində körpünün üzərində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılaraq yaxınlıqda salınan alternativ yola yönəldiləcək. Allternativ olaraq salınan yolun eni 8 m, uzunluğu isə 800 m-dir. 

 

Vəlvələ çay üzərində yerləşən və uzunluğu 120 m olan 7 aşırımlı körpü 1972-ci ildə inşa olunub.