“Azəryolservis” ASC-də vətəndaşların qəbulu keçirilib

31 Oktyabr 2015- 00:00
11 “Azəryolservis” ASC-də vətəndaşların qəbulu keçirilib

         Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununa uyğun olaraq, “Azəryolservis” ASC-nın sədr əvəzi Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib. Qəbulda “Azəryolservis” ASC-nin sədr müavinləri, aparat rəhbəri və müvafiq olaraq idarə rəisləri iştirak ediblər.

 

         Qəbula yazılan 30-dan artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənildi.  “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verdi. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapdı,  digər məsələlər isə araşdırılması üçün qeydiyyata alındı.

 

         Qeyd edək ki,  “Azəryolservis” ASC-də Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasən cəmiyyətin sədr əvəzi Saleh Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.

 

         “Azəryolservis” ASC-nin sədr müavinləri və idarə rəisləri tərəfindən vətəndaşların qəbul günləri ilə cəmiyyətin rəsmi internet səhifəsinin ( www.ays.gov.az) “Əlaqə” bölməsində tanış olmaq mümkündür.

 

XƏBƏRƏ AİD FOTOLAR